Viza haqqında məlumat

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər (əcnəbilər) Azərbaycan Respublikasına öz pasportları ilə onlara beynəlxalq razılaşmalara uyğun olaraq verilmiş vizalar əsasında müəyyən edilmiş sərhəd zonalarından keçərək daxil ola bilərlər.
Azərbaycan Respublikasının üzv olduğu dövlətlərarası qaydalarla müəyyən edilmiş bəzi dövlətlərin vətəndaşları Azərbaycan Respublikasına vizasız daxil ola bilərlər.
Vizaya müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:
• 1 ədəd ərizə forması
• 2 ədəd rəngli foto (ağ fon, 3×4 sm)
• Əcnəbinin passportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəd
• Dəvətnamə məktubu, turist vizası üçün vauçer və ya turistin ziyarətini təsdiq edən digər sənəd 
• Dövlət rüsumunun ödənişi haqqında qəbz 
Əcnəbi vətəndaşın pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlığının bitməsinə üç aydanaz vaxt qalarsa, viza verilməyəcəkdir.
Azərbaycanı ziyarət etmək istəyən turistlər elektron viza üçün aşağıdakı link vasitəsi ilə müraciət edə bilərlər:
http://evisa.mfa.gov.az/ və ya http://visa4azerbaijan.az/ 
Ətraflı və son məlumatlar üçün daxil olun:
http://www.mfa.gov.az/?options=content&id=182&language=en 

Conference Location

ADDRESS:

Baku, Tabriz street

LOCATION:

Baku Congress Centre

PHONE NUMBER:

(+994) 55 274 22 22

EMAIL ADDRESS:

info@2019.az-omfs.az